Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün təmsilçilərinizdən "Qəbələ" və "Netç" mübarizəyə başlayıb.
"Qəbələ" doğma meydanda Kiprin "Omoniya" klubunu qəbul edib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kipr təmsilçisinə uduzub.
"Neftçi" isə Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Ağ-qaralar" məğlubiyyətdən son dəqiqələrdə qaça bilib.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
"Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) 2:3
Qollar: Allaş 5, 62 - Bezus 45, 50, 81 (p)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu
"Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) 2:2
Qollar: Haraçiç 14, Amoah 45+10 - Lebon 44, Rəhman Hacıyev 90+6
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu