"Rakuv"un baş məşqçisi David Şvarqa "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 32 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Matç gözlədiyimiz kimi keçdi. Futbolçuların fərdi bacarığı baxımından komandamız çox güclü idi. Güclü komanda ilə oynayırdıq. Bizim üçün heç də asan deyildi. Əsasən müdafiəyə diqqət ayırmağa çalışırdıq. Rəqib oyunçuların meydanın bizə aid olan hissəsində az olmalarını istəyirdik. İlk hissədə bu, aydın şəkildə görünürdü. İkinci hissədə isə rəqib bəzi epizodlar yaratdı. Futbolçularımın çətin vəziyyətdən çıxmaqlarını qiymətləndirirəm. Sevinirəm ki, belə çətin oyunda yaxşı nəticə əldə etməyi bacardıq. Bu, bizim üçün Polşa çempionatında böyük təcrübə olacaq.
- Oyundan və nəticədən razısız? Bu üstünlüyün cavab matçına təsir necə olacaq?
- 70-80-ci dəqiqələrdə fürsətləri daha yaxşı dəyərləndirə bilərdik. Hələ ki, statistik təhlil etməmişəm. Minimum dərəcədə narazılıq, məyusluq var. Əsasən də buraxdığımız ikinci qolla bağlı.
- Meydanın mərkəzində üzü rəqibə tərəf dayanıb matçı izləyirdiz. Bunun hər hansı mənası var?
- İki ildən çoxdur ki, "Rakuv"u matçlara hazırlayıram. Bəlkə də eyni prosesdən yorulmuşam. Bir az fərqlilik gətirmək istəyirəm. Üzümü turşudub rəqib tərəfə baxırdım ki, məndən qorxsunlar. Əlbəttə ki, bu, zarafatdır. Bunun konkret bir mənası yoxdur. Müşahidə etmək üçün standar prosedurdur. Raqibin hansı taktikadan istəfadə etdiyini izləyirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi