İsko yeni klubu ilə müqavilə imzaladı

14:20 - 27 İyul 2023

İspaniyalı futbolçu İskonun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Betis"ə keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin sabiq üzvü yeni klubu ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, İsko 2013-2022-ci illər arasında "Real"da çıxış edib. Təcrübəli vinger Madrid təmsilçisinin heyətində meydana çıxdığı 353 rəsmi matçda 53 qol və 57 məhsuldar ötürmə ilə yadda qalıb. O, son mövsümü "Sevilya"da keçirib.

Xəbər xətti