"Milan" müdafiəçisini İspaniyaya göndərdi

15:13 - 27 İyul 2023

İtaliyanın "Milan" klubu futbolçusu Matteo Qabbianı icarəyə verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisini "Vilyarreal"a göndərib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliya arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında La Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Matteo Qabbia "Milan"ın yetirməsidir. İtaliya U-21 millisinin sabiq üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti