"Liverpul"un kapitanı Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Stiven Cerrardın baş məşqçisi olduğu "Əl Ettifaq"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cordan Henderson "Liverpul"a 2011-ci ilin yayında "Sanderlend"dən keçmişdi. Təcrübəli orta xətt oyunçusu Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 492 matçda 33 qol və 61 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi