"Neftçi"nin potensial rəqiblərinin oyununda "Beşiktaş" sevindi - VİDEO

09:33 - 28 İyul 2023

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda Albaniyanın "Tirana" klubunu qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" "Jelezniçar" səddini keçsə, III təsnifat mərhələsində "Beşiktaş" - "Tirana" cütünün qalibi ilə üz-üzə gələcək.

"Beşiktaş" - "Tirana" 3:1

Qollar: Onur Bulut, 21, Cekson Muleka, 42, Semih Kılıçsoy, 90+4 - Kaina, 83

Xəbər xətti