Millimizin rəqibləri bəlli oldu

10:11 - 28 İyul 2023

Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri və görüşlərin təqvimi müəyyənləşib. 

Sportal.az xəbər verir ki, U-19 Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan olan yaşıdları ilə qarşılaşacaq.

7 avqust, saat 20:30

Azərbaycan – Belarus

8 avqust, saat 17:30

Qırğızıstan – Azərbaycan

9 avqust, saat 17:30

Azərbaycan – Özbəkistan

11 avqust, saat 17:30

Rusiya – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər xətti