Xames Rodriqesin yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 32 yaşlı vinger karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli ön xətt oyunçusu "San Paulo" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kolumbiya millisinin üzvü Cənubi Amerika təmsilçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Xames Rodriqes karyerası ərzində "Portu", "Monako", "REal", "Everton" "Bavariya" və "Olimpiakos" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi