PSJ-dən ayrılan Serxio Ramos karyerası ilə bağlı sürpriz qərar verməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 37 yaşlı mərkəz müdafiəçisi Afrikada oynayacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
İspan futbolçu "Raca Kasablanka"ya keçəcək. Təcrübəli arxa xətt oyunçusu Mərakeş klubu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Serxio Ramos 2021-2023-cü illər arasında PSJ-də çıxış edib. İspaniya millisinin sabiq üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi