Tofiq Musayev yapon rəqibinə nokautla qalib gəldi

13:51 - 30 İyul 2023

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev "Super Rizin 2" turnirində növbəti döyüşünü keçirib.

Sportal.az xəbər verir ki, 34 yaşlı idmançımız yaponiyalı Akira Okadanla qarşılaşıb. O, rəqibini 2-ci raundda nokaut edərək qalib gəlib.

Qeyd edək ki, Tofiq Musayev bu turnirdə keçirdiyi döyüşlərdə 20 qələbə qazanıb, 5 dəfə isə məğlub olub.

Xəbər xətti