Sabiq "Qarabağ"lı Səudiyyə Ərəbistanı klubunda

14:20 - 30 İyul 2023

Türkiyənin "Konyaspor" klubunda çıxış edən İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiper "Əl Xalic" klubuna keçəcək. Bu barədə türkiyəli jurnalist Yılmza Çelik məlumat yayıb. 34 yaşlı "əlcək sahibi" yaxın günlərdə klubla müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illər arasında "Qarabağ"da çıxış edib. Təcrübəli qapıçı Ağdam təmsilçisinin heyətində 168 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti