"Qalatasaray" 15 milyon avroluq təklifi rədd etdi

14:59 - 30 İyul 2023

İtaliyanın "Fiorentina" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisinin əsas hədəfi "Qalatasaay"da çıxış edən Viktor Nelssondur. "Bənövşəyilər" danimarkalı mərkəz müdafiəçisi üçün 15 milyon avroluq rəsmi təklif göndərib.

"Qalatasaray" "Fiorentina"nın təklifini qəbul etməyib. "Sarı-qırmızılar" 24 yaşlı arxa xətt oyunçusunu 25 milyon avrodan aşağı satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü "cim bom"un heyətində meydana çıxdığı 81 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti