"Qalatasaray" Mauro İkardi ilə müqavilə imzaladı - RƏSMİ

15:25 - 30 İyul 2023

Türkiyənin "Qalataasaray" klubu Mauro İkardinin transferini yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Sarı-qırmızılar" argentinalı hücumçu üçün PSJ-yə 4 il ərzində 10 milyon avro təzminat ödəyəcək. 30 yaşlı forvard "cim bom"la 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 6 milyon avro olacaq.

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrübəli hücumçu "cim bom"un heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti