"Liverpul"dan ayrılan futbolçu "Beşiktaş"a keçir

16:35 - 30 İyul 2023

Türkiyənin "Beşiktaş" klubu heyətiniyeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul"dan ayrılan Aleks Oksleyd-Çemberleynlə danışıq aparır. Bu barədə "TRT Spor" məlumat yayılıb.

İstanbul təmsilçisinin 29 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə etdiyi bildirilir. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul"a 2017-ci ilin avqust ayında "Arsenal"dan keçmişdi. İngiltərə millisinin üzvü Mersisayd təmsilçisinin heyətində keçirdiyi 146 rəsmi matçda 18 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti