Portuqaliyanın "Portu" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "əjdahalar" "Barselona"dan Niko Qonsalesi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Portu" 21 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna 8,5 milyon avro təzminat ödəyib. Gənc oyunçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Niko Qonsales "Barselona"nın yetirməsidir. İspan futbolçu son mövsümü icarə əsasında "Valensiya"da keçirib.
saytlarin hazirlanmasi