Futbol üzrə İsveç çempionatında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Myelbyü"nün qonağı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard 72-ci dəqiqədə Coel Asoronun əvəzinə meydana daxil olub..
Xallarını 33-ə yüksəldən "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi