"Barselona"nın qapıçısı PSJ-də

19:26 - 30 İyul 2023

Fransanın PSJ klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Barselona"dan Arnau Tenası rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

PSJ 22 yaşlı qolkiper üçün Kataloniya təmsilçisinə təzminat ödəyəməyib. İspaniyalı "əlcək sahibi" Liqa 1 klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Arnau Tenas "Barselona"nın yetirməsidir. O, əsas komandanın heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti