Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutub.
Sportal.az xəbər verir ki, "Nyukasl"ın hücumameyilli yarımmüdafiəçisi Allan Sen-Maksimen "Əl Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 27 yaşlı vingerin keçidindən 25 milyon avro gəlir əldə edib. Fransalı futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Nyukasl" Allan Sen-Maksimeni 2019-cu ilin yayında "Nitsa"dan transfer etmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 124 rəsmi matçda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi