Mahir Emreli Xorvatiya çempionatının rəmzi heyətində - FOTO

18:21 - 31 İyul 2023

Xorvatiya çempionatında II turun rəmzi heyəti müəyyənləşib.

Sportal.az xəbər verir ki, simvolik "11-lik"də "Dinamo"da çıxış edən Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də yer alıb.

26 yaşlı forvard "İstra" ilə qarşılaşmada (3:0) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mahirin performansı 8,2 xalla qiymətləndirilib.


Xəbər xətti