"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, gürcü vingerin xidmətində "Arsenal" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi 22 yaşlı ön xətt oyunçusu üçün İtaliya klubuna cəlbedici təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı ötən ilin yayında Batumi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi