Xorvatiya millisinin üzvü "Beşiktaş"da - RƏSMİ

19:59 - 31 İyul 2023

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Milan"dan Ante Rebiçi transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

"Beşiktaş" xorvatiyalı vingerlə 2 illik müqavilə imzalayıb. 29 yaşlı ön xətt oyunçusu Türkiyədə illik 2,5 milyon avro maaş alacaq. Təcrübəli oyunçuya 280 min avro imza pulu ödənilib.

Qeyd edək ki, Ante Rebiç "Milan"a 2019-cu ilin sentyabr ayında "Ayntraxt"dan keçmişdi. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti