Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"dən Günay Güvençi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" 32 yaşlı qolkiper üçün Qaziantep təmsilçisinə 250 min avro təzminat ödəyib. Təcrübəli "əlcək sahibi" yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Günay Güvenç "Qaziantyep"ə 2018-ci ilin yayında "Göztepe"dən keçmişdi. O, son mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib.
saytlarin hazirlanmasi