"Qalatasaray" futbolçusunu "Konyaspor"a göndərdi

21:07 - 1 Avqust 2023

Türkiyənin "Konyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Qalatasaray"dan Aleksandru Çikaldaunu icarəyə götürüb. Bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında "Konyaspor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" Aleksandru Çikaldaunu 2021-ci ilin yayında "Krayova"dan transfer edib. 26 yaşlı orta xətt oyunçusu son mövsümü icarə əsasında Birləşmiş Ərəb Əmirliklərinin "İttihad Kalba" klubunda keçirib.

Xəbər xətti