"Yuventus"dan ayrılan hücumçu Türkiyə klubunda

20:52 - 2 Avqust 2023

"Yuventus"un yollarını ayırdığı Mohamed İhattaren karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu "Samsunspor"a keçib. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Niderlandlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Yuventus" Məhəmməd İhattareni 2021-ci ilin yayında PSV-dən transfer etmişdi. Gənc ön xətt oyunçusu "Sampdoriya" və "Ayaks"da icarə əsasında çıxış edib.

Xəbər xətti