Braziliyalı futbolçu ölkəsinə qayıtdı

21:15 - 2 Avqust 2023

"Tottenhem"dən ayrılan Lukas Mouranın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı ön xətt oyunçusu "San Paulo"ya keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu ilə 2023-cü ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lukas Moura "Tottenhem"ə 2018-ci ilin yanvar ayında PSJ-dən keçmişdi. O, son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol vurub.

Xəbər xətti