Təmsilçimiz “Qarabağ”ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK klubuna qarşı keçirəcəyi oyunları idarə edəcək hakimlər açıqlanıb.
Sportal.az xəbər verir ki, Bakıda keçiriləcək ilk matçı İsraildən olan ədalət təmsilçiləri idarə edəcək. Finlandiyada baş tutacaq cavab görüşünü isə fransalı hakimlər briqadası idarə edəcək.
“Qarabağ” – HİK (Finlandiya)
10 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: David Elias Biton, Seqi Metzamber
Dördüncü hakim: Erez Papir
(Hakimlər briqadası İsraildəndir)
HİK (Finlandiya) – “Qarabağ”
17 avqust. Helsinki Futbol stadionu. Saat 21:00
Baş hakim: Villi Delajod
Baş hakimin köməkçiləri: Ervan Finjean, Filipp Janne
Dördüncü hakim: Tomas Leonard
(Hakimlər briqadası Fransadandır)
saytlarin hazirlanmasi