"Ayntraxt"dan ayrılan Dayçi Kamadanın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Milan"ın transfer etmək istədiyi yapon futbolçu "Latsio"ya keçib. 26 yaşlı vinger artıq Roma təmsilçisi üçün tibbi müayinədən keçib.
"Latsio" Yaponiya millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Dayçi Kamada "Ayntraxt"a 2019-cu ilin yayında "Sint-Troyden"dən transfer olunub. Yaponiya millisinin üzvü son mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.