Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Emre Kılınçla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Emrenin yeni klubu da artıq bəllidir. Türkiyə millisinin sabiq üzvü Super Liqaya yüksələn "Samsunspor"la 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Emre Kılınç 2020ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Türk futbolçu son mövsümü icarə əsasında "Ankaragücü"nün heyətində keçirib.
saytlarin hazirlanmasi