"Mançester Yunayted"in kapitanı Harri Maquayr komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, Premyer Liqanın bir neçə klubu 30 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.
İngiltərə millisinin üzvünü transfer etməyə ən yaxın olan klub isə "Everton"dur. Bu barədə "Football Insider" məlumat yayıb. Transferin yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən transfer edib.
saytlarin hazirlanmasi