"Milan" Türkiyə millisinin üzvünü istəyir

15:07 - 5 Avqust 2023

"Hoffenhaym"ın müdafiəçisi Ozan Kabak karyerasını Kİtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində "Mİlan" maraqlıdır. Bu barədə "La Reppublica" nəşri məlumat yayıb.

Almaniya klubu türk oyunçu üçün 13 milyon avro təzminat tələb edir.

Ozan Kabakla "Roma" və "Torino"nun da maraqlandığı bildirilir.

Qeyd edək ki, Ozan Kabak "Hoffenhaym"a ötən ilin yayında "Şalke"dən keçib. Türkiyə millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti