"Qalatasaray"ın futbolçusu "Roma"ya keçir

16:59 - 5 Avqust 2023

"Qalatasaray"ın futbolçusu Dris Mertens İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, belçikalı hücumçunun xidmətində "Roma" maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Paytaxt təmsilçisinin futbolçu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Dris Mertens ötən ilin yayında "Napoli" ilə müqaviləsi başa çardıqdan sonra azad agent statusu ilə "Qalatasaray"a keçmişdi. 36 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti