Çingiz Əlləzov erməni rəqibini məğlub edib

19:26 - 5 Avqust 2023

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya "Qran-pri"sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti döyüşünü keçirib.

Sportal.az xəbər verir ki, o, Taylandın paytaxtı Banqkokda Ermənistan idmançısı Marat Qriqoryanla qarşılaşıb. 5 raundluq mübarizənin sonunda hakimlərin qərarı ilə Ç.Əlləzov qalib elan olunub və One Championship təşkilatının kəmərini qoruyub.

Ç.Əlləzov rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb.

Xəbər xətti