"Barselona"nın sabiq futbolçusu "Fiorentina"da

20:20 - 5 Avqust 2023

İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi "Everton"la müqaviləsi başa çatan Yerri Minanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fiorentina" 28 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalyıb.

Qeyd edək ki, "Everton" Yerri Minanı 2018-ci ilin yayında "Barselona"dan transfer etmişdi. Kolumbiya millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti