Son İtaliya çempionu "Napoli" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyra ilə maraqlanır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
A Seriyası təmsilçisi uruqvaylı orta xətt oyunçusu üçün "sarı-qırmızılar"a 15 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, "Qalatasaray" Lukas Torreyranı ötən ilin yayında "Arsenal"dan transfer edib. 27 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi