UEFA Mahir Emrelinin formasını geyindiyi "Dinamo"nun AEK-lə keçirəcəyi oyunlarla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ilk matç avqustun 15-də Bakı vaxtilə saat 20:00-da Zaqrebdə oynanılacaq. Cavab görüşü isə 19 avqust tarixində saat 20:45-də Afinada baş tutacaq.
Hər iki qarşılaşma boş tribunalar önündə keçiriləcək.
Qeyd edək ki, "Dinamo" ilə AEK arasaında ilk matç bu gün Afinada baş tutmalı idi. Azarkeşlər arasında baş verən qarşıdurma nəticəsində bir yunan fanat həlak olub. Buna görə UEFA oyunu təxirə salıb.
saytlarin hazirlanmasi