İngiltərənin "Nyukasl" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sauthempton"dan Tino Livramentonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sağsağanlar" 20 yaşlı sağ cinah müdafiəçisi üçün Çempionşip təmsilçisinə 46 milyon avro təzminat ödəyib. Gənc arxa xətt oyunçusu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Sauthempton" Tino Livramentonu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə U-21 millisinin komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi