İnyestanın yeni klubu bəlli oldu

18:51 - 8 Avqust 2023

"Barselona"nın sabiq futbolçusu Andreas İnyestanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. İspaniya millisinin sabiq üzvü "Emireyts" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Andreas İnyesta 2018-ci ilin yayında "Barselona"dan ayrıldıqdan sonra Yaponiyanın "Vissel Kobe" klubuna keçmişdi.

Xəbər xətti