Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub. U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub.
Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi