Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Partizan" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Serbiya klubu U-19 komandasının üzvü Boqdan Mirçetiçlə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumçu 2026-cı ilin yayına kimi Belqrad təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, "Sabah"la "Partizan" arasında ilk oyun avqustun 10-da “Bank Respublika Arena”da, cavab görüşü isə avqustun 17-də Belqradda keçiriləcək.
saytlarin hazirlanmasi