PSJ-nin futbolçusu Neymar rəhbərliyə klubdan ayrılmaq istədiyini bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu yenidən "Barselona"da oynaya bilər. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin prezidenti Xoan Laporta ulduz futbolçunu komandada görmək istəyir. "Barselona" 31 yaşlı forvardı 1 illik icarəyə götürməyə çalışır.
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu da Neymarın xidmətində maraqlıdır. Ərəblər təcrübəli oyunçunun atası ilə transferlə bağlı görüşəcəklər. Futbolçu özü karyerasını Avropada davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona"dan transfer edib. Braziliya millisinin üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 173 rəsmi matçda 118 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi