"Mançester Yunayted"i "Hoffenhaym"a dəyişdi

16:28 - 9 Avqust 2023

Almaniyanın "Hoffenhaym" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Börnli"dən Vaut Veqorstu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı forvard 2023/2024 mövsümünü "Hoffenhaym"da keçirəcək.

Qeyd edək ki, Vaut Veqorst son mövsümün ilk yarısını "Beşiktaş"da, ikinci yarısını isə "Mançester Yunayted"də icarə əsasında keçirib.

Xəbər xətti