İlham Zəkiyev Avropa çempionatında gümüş medal qazandı

21:07 - 9 Avqust 2023

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

Sportal.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, Azərbaycan idmançıları buna qədər Avropa çempionatında daha 6 medal qazanmışdılar.

Xəbər xətti