"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

22:02 - 9 Avqust 2023

"Barselona"nın futbolçusu Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi "Əl Əhli" klubuna keçib. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat verib.

İspaniya klubu transferin 12,5 milyon avroya gerçəkləşdiyini açıqlayıb.

Qeyd edək ki, Frank Kessye ötən ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. 26 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rsəmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti