HİK-in baş məşqçisi: "Qarabağ" bəzən xaotik oynayır"

22:40 - 9 Avqust 2023

Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK-in baş məşqçisi Toni Korkeakunnas Bakıda keçiriləcək ilk oyundan öncə açıqlama verib.

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionunun II təsnifat mərhələsində "Rakuv"dan daha yaxşı oynadığını bildirib:

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakov"u oyun baxımından hər iki matçda üstələdi. Rəqib bəzən xaotik oynayır. Amma buna baxmayaraq, futbolçuların anlaşması yaxşı səviyyədədir. Bizi səfərdə çətin oyun gözləyir".

Qeyd edək ki, "Qarabağ" - HİK qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti