Türkiyənin "Beşiktaş" klubu futbolçusu Berkay Vardarı icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçini "Şerif"ə göndərib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
Gənc dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Tiraspol təmsilçisinin heyətində keçirəcək. Futbolçu sabah Moldovaya gedərək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-19 millisinin üzvü olub. O, yığmamızın heyətində üç rəsmi oyunda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi