İngiltərəni İtaliyaya dəyişdi

20:22 - 10 Avqust 2023

İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Vest Hem"in yarımmüdafiəçisi Nikola Vlaşiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Torino" Xorvatiyalı millisinin üzvü ilə 4+1 illik rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, "Vest Hem" Nikola Vlaşiçi 2021-ci ilin yayında Moskva ÇSKA-sından transfer etmişdi. 25 yaşlı orta xətt oyunçusu son mövsümü icarə əsasında "Torino"nun heyətində keçirib.

Xəbər xətti