"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra Azərbaycan çempionunun müdafiəçisi Toral Bayramov jurnalistlərin suallarını cavablandırıb:
- Hamı gördü ki, çətin oyun oldu. Yaxşı hazırlaşmışdıq, rəqibi təhlil etmişdik. Qələbə qazanmaq lazım idi. Şükürlər olsun ki, azarkeşlərimizi sevindirdik. Davamını gətirməyə çalışacağıq.
- Çox qol epizodları yaratdınız, amma istifadə edə bilmədiniz. Bunu necə izah edə bilərsən?
- Bu, futboldur. Epizodlar olur, dəyərləndirə bilmirsən. Elə də olur ki, yoxdan qol vurursan. Qismətdir. Bu gün qismətimizdə bu idi.
- Bir neçə oyundur fərqli cinahda oynayırsan. Özünü necə hiss edirsən?
- Yaxşı sualdır. Əlbəttə rahat hiss edirəm. Futbolçuyuq, baş məşqçi bizə güvənir. Hara qoyursa, çalışırıq orada işimizi layiqincə görək.
- Rəqib "Qarabağ"ın qapısına 7 zərbə vurub, hamısı da çərçivəyə gedib. Bu haqda nə deyə bilərsən?
- Rəqibi təhlil etmişdik. Gözləyirdik. HİK yaxşı komandadır, sürətli futbolçuları var. Açıq futbol oynadıq, risklərə getdik. Şükürlər olsun ki, qələbə qazandıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi