"Mançester Yunayted" "Fənərbaxça"nın qapıçısını istəyir

12:51 - 11 Avqust 2023

İngiltərənin "Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Fənərbaxça"da çıxış edən Altay Bayındırdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Türkiyə millisinin üzvünü ikinci qapıçı kimi heyətə cəlb etməyi planlaşdırır. "Mançester Yunayted" 25 yaşlı qolkiper üçün 13 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Fənərbaxça" Altay Bayındırı 2019-cu ilin yayında "Ankaragücü"dən transfer edib. Türk qapıçının klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti