"Liverpul" rekord transferə hazırlaşır

13:43 - 11 Avqust 2023

İngiltərənin "Liverpul" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Brayton"da çıxış edən Moyzes Kaysedunun transferini bitirmək üzrədir. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

"Liverpul" ekvadorlu yarımmüdafiəçi üçün klubuna 127 milyon avro ödəyəcək. Bu, İngiltərə futbolu tarixində rekord göstəricidir.

Qeyd edək ki, "Brayton" Moyzes Kaysedonu 2021-ci ilin fevral ayında Ekvadorun "İndependiente" klubundan transfer edib. 21 yaşlı orta xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti