Traorenin yeni klubu bəlli oldu - RƏSMİ

12:26 - 13 Avqust 2023

"Vulverhempton"dan ayrılan Adama Traorenin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada qalacaq. İspaniyalı futbolçu "Fulhem"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli vinger yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adama Traore "Vulverhempton"a 2018-ci ilin yayında "Middlzbro"dan keçmişdi. İspaniya millisinin sabiq üzvü son mövsümdə "canavarlar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti